Mayda beynəlxalq səyahətçilərin səfərinin sayı 14.1 faiz ilə artdı
Mayda beynəlxalq səyahətçilərin səfərinin sayı 14.1 faiz ilə artdı

Gürcüstana turistlərin səfərlərinin sayı mayda 424,514-ü təşkil etdi. Bu isə, 64,770 ilə 2018-ci ilin analoji dövrü ilə müqayisədə artıqdır.

Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm Administrasiyasına Daxili İşlər Nazirliyi göndərdi.

Turizm Administrasiyasının məlumatına görə, may ayında Gürcüstana 723,160 beynəlxalq səyahətçilərin səfəri baş tutdu.

Əvvəlki ilin analoji dəvrü ilə müqayisədə artım +14.2% faizdir.

Avropa İttifaqı ölkələrindən pozitiv tendensiya qorunub saxlanılır: Birləşmiş Krallıq + 48,2%, İsveç + 31,2%, Polşa + 27,2%, Almaniya + 26,4%, Fransa + 26%, Hollandiya + 22,3%.

Xüsusi artım qarşıdakı ölkələrdən oldu: Qırğızıstan + 135,4%, Özbəkistan + 90,5%, Qazaxıstan + 84,6%, Çin + 56,4%, Belarus + 45,8%, ABŞ + 33,9%.

İlkin göstəricilərə görə, 2019-cu ilin yanvar-aprel ayında beynəlxalq səyahətçilərdən gəlir 856 milyon dolları (artım +8.4%) təşkil edir.