Mayamidə körpünün dağılması nəticəsində dörd nəfər həlak oldu, 10-isə, yaralandı
Mayamidə körpünün dağılması nəticəsində dörd nəfər həlak oldu, 10-isə, yaralandı.
Bu barədə məlumatı Reuters agentliyi yayır.
Florida Universitetinin yanında piyada gedənlər üçün nəzərdə tutulan körpü yerli vaxt ilə saat 13:30-da dağıldı. Hadisə yerində bu vaxta qədər xilas etmə çalışmaları aparılır.
Körpü avtomobil yolunun üstündə tikilib və onun dağıntıları altında 8 avtomaşın qaldı.
Körpünün inşaatı hələ başa çatmamış idi. 950 tonnluq konstruksiya Maiamidə bir neçə gün öncə tikilmişdi. Körpünün rəsmi açılışı 2019-cı ildə planlaşdırılırdı. İnşaat işləri ABŞ-ın Nəqliyyat Departamentinə 14 milyon dollara başa gəlmişdi.
Baş verən hadisə ilə bağlı Bəyaz Ev də şərh verdi.
Administrasiyanın mətbuat katibi Sara Sandersin dediyinə görə, prezident Donald Trampın hadisə haqqında məlumatı var və yerli hüquqmühafizə orqanlarına yardım göndərəcək.