Maia Sandu - Salome Zurabişvili ilə telefon danışığı zamanı mən onu və gürcü xalqını ölkənin Avropa İttifaqına üzvlük yolunda bugünkü mühüm mərhələsi münasibətilə təbrik etdim
Salome Zurabişvili ilə telefon danışığı zamanı mən onu və gürcü xalqını ölkənin Avropa İttifaqına üzvlük yolunda bugünkü mühüm mərhələsi münasibətilə təbrik etdim- Moldova Prezidenti Maia Sandu bu barədə sosial şəbəkədə yazır.
“Prezident Salome Zurabişvili ilə telefon danışığı zamanı mən onu və gürcü xalqını ölkənin Avropa İttifaqına üzvlük yolunda bugünkü mühüm mərhələsi münasibətilə təbrik etdim. Biz Avropa İttifaqı ailəsinin bir hissəsi kimi dinc və firavan gələcəyə dair ümumi baxışımızı bir daha təkrarladıq” – Maia Sandu “Twitter”də yazıb.
Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsi ilə bağlı Avropa Şurasına tövsiyə verib.