Maya Bitadze - ekspertlər tərəfindən nəqliyyatın baş planı hazırlandı ki, onun da əsas məqsədi Tbilisi və Rustavi arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasıdır
Asiya İnkişaf Bankı ekspertləri tərəfindən nəqliyyatın baş planı hazırlandı ki, onun da əsas məqsədi Tbilisi və Rustavi arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasıdır, – bu barədə paytaxt merinin müavini, Maya Bitadze bəyan etdi.
Maya Bitadzenin qeyd etdiyinə görə, hökumət iclasında Tbilisi merindən tapşırıq aldı ki, Tbilisi və Rustavi arasında munisipal nəqliyyatın hərəkəti üçün hansı məbləğlər və hansı infrastruktur işləri lazım gələcək.
“Çox önəmlidir ki, Tbilisi və Rustavi arasında əlaqə daha rahat təmin olsun. Avtobus parkının yeniləşdirilməsi prosesində 100 ədəd 12 metrlik və 200 ədədə qədər 18 metrlik avtobus alacağıq. Satın alma prosesinə cari ildə başlayacağıq. Tbilisi merindən tapşırıq aldıq ki, Tbilisi və Rustavi arasında munisipal nəqliyyatın hərəkəti üçün hansı məbləğlər və hansı infrastruktur işləri lazım gələcək. Asiya İnkişaf Bankı ekspertləri tərəfindən nəqliyyatın baş planı hazırlandı ki, onun da əsas məqsədi Tbilisi və Rustavi arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasıdır”, – Maya Bitadze bəyan etdi.