May ayında Gürcüstana Avroparlamentarlar gələcəklər.
Bu barədə məlumatı Birinci Kanalın jurnalistinə Brüsseldə təsdiqlədilər.
Tbilisidə Avroparlamentin Təhlükəsizlik və Müdafiyə alt-komitəsinin iclası keçiriləcək.
Deputatlar Gürcüstan-Avropa İttifaqının münasibətləri, işğal edilmiş ərazilərdə təhlükəsizlik baxımından mövcud olan vəziyyət və çağırışlar haqqında müzakirələr aparacaqlar.
Təhlükəsizlik və Müdafiyə alt-komitəsinin iclasından başqa, may ayında, Tbilisi, Avroparlamentdə Gürcüstanın “dostlar qrupu”-nun görüşünə ev sahibliyi edəcək.
Avroparlamentarlar Xurvaletidə okupasiya xəttini də ziyarət edəcəklər.
Avroparlamentdə Gürcüstanın “dostlar qrupunun” ilk görüşü 2017-ci ilin iyul ayında Strasburqda keçirildi.
Parlamentarlar qeyd etdilər ki, Gürcüstanın “dostlar qrupu”, qanunverici orqanda onun güclü səsidir.