Mateuş Moravietski -2008-ci ildə Gürcüstanın və 2014-cü ildə Krım yarımadasının tariximizdə yeni bir eranın başlanğıcı olmasına Polşanın şübhəsi yoxdur
Mateuş Moravietski -2008-ci ildə Gürcüstanın və 2014-cü ildə Krım yarımadasının tariximizdə yeni bir eranın başlanğıcı olmasına Polşanın şübhəsi yoxdur

 
2008-ci ildə Gürcüstanın və 2014-cü ildə Krım yarımadasının tariximizdə yeni bir eranın başlanğıcı olmasına Polşanın şübhəsi yoxdur-bu barədə Polşanın baş naziri Mateuş Moravietski Finlandiyanın baş naziri Sanna Marin ilə görüşdə bildirib.

Polşa hökumətinin başçısı bildirib ki, Rusiyanın aktivləri müsadirə edilməli və Rusiya Ukraynadakı müharibənin ağrısını hiss etməlidir.

Həmçinin, Polşanın baş naziri Pşevodovda raketin partlaması işi ilə bağlı istintaqa hələlik iki nəfərin ölümünə səbəb olan raketin haradan atıldığını dəqiq müəyyən etməyə imkan verəcək məlumatların daxil olmadığını qeyd edib.

“2008-ci ildə Gürcüstanın və 2014-cü ildə Krım yarımadasının tariximizdə yeni bir eranın başlanğıcı olmasına Polşanın şübhəsi yoxdur. Rus qazının Rusiya tankları qədər təhlükəli olmasına şübhə etmirik. Polşa-Belarus sərhədində hibrid hücumun Rusiyanın hərəkətləri üçün müqəddimə olduğuna şübhəmiz yoxdur. Polşa Belarusla sərhəddə divar çəkib və biz Kalininqrad bölgəsində Polşa-Rusiya sərhədində sədd çəkməyə hazırlaşırıq. Sərhədimizin təhlükəsizliyi yerli məsələ deyil, onun qlobal ölçüsü var. NATO tarixdə ən qüdrətli hərbi ittifaqıdır, lakin onun gücü bütün dövlətlərin gücünə və həmrəyliyinə əsaslanır” – deyə Mateuş Moravietski bildirib.