Martvili Munisipalitetində ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıblar
Martvili Munisipalitetində ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıblar

 
Gürcüstanın Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Martvili Rayon İdarəsinin əməkdaşları, “isti izlər”lə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1958-ci il təvəllüdlü M.C.-ni saxlayıblar.

“İstintaqda müəyyən edilib ki, Martvili Munisipalitetində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində övladı – 1994-cü il təvəllüdlü L.C.-yə ov tüfəngindən açdığı atəşlə üz və kürək nahiyəsindən xəsarətlər yetirib. Təcili tibbi yardım qrupu yaralı L.C.-ni tibb müəssisələrinə aparıb.

Təqsirləndirilən şəxs həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində polis tərəfindən “isti izlər”lə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi silahı maddi sübut olaraq götürüblər”- Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd faktı üzrə Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “k” yarım bəndi ilə istintaq aparılır. Cinayət 16 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.