Martin Klus - Slovakiyanın Xarici İşlər Nazirliyi işğal olunmuş Sxinvali bölgəsində keçirilən qondarma prezident seçkilərini tanımır
Slovakiyanın Xarici İşlər Nazirliyi işğal olunmuş Sxinvali bölgəsində keçirilən qondarma prezident seçkilərini tanımır. Bu barədə sosial şəbəkədə Slovakiyanın Xarici İşlər və Avropa İşləri naziri, Martin Klus yazır.
“Bizim mövqeyimiz aydındır: Slovakiyanın Xarici İşlər Nazirliyi Gürcüstanın separatçı Cənubi Osetiya böılgəsində aprelin 10-da keçirilən qondarma prezident seçkilərini tanımır. Biz beynəlxalq hüquqla tanınan Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik”, – Martin Klus bəyan etdi.
Bu gün işğal olunmuş Sxinvali bölgəsində qondarma prezident seçkiləri keçirilir. Gürcüstanın işğal olunmuş bölgəsində marionet rejiminin rəhbərliyi üçün beş namizəd mübarizə aparır: indiki de-fakto lider Anatoli Bibilov, “Naxas” partiyasının lideri Dimitri Tasoyev, qondarma deputat Qari Muldarov və qondarma Parlamentin vitse-spikeri Aleksandre Pliyev.