Martın 29-dan aprelin 2-dək Gürcüstan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir
Martın 29-dan aprelin 2-dək Gürcüstan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir-bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Sinoptiklərin proqnozlarına əsasən, martın 29-da gecə saatlarında Qara dənizin sahilində və Quria-Sameqrelo bölgəsinin bəzi rayonlarında, martın 29-da günün ikinci yarısından isə ölkə ərazisinin əksər hissəsində güclü qərb küləyinin əsəcəyi, dənizdə 4-5 bal gücündə fırtına, dağlıq bölgələrdə isə çovğun müşahidə oluna biləcəyi gözlənilir.
Martın 30-dan aprelin 2-dək havanın temperaturu xeyli aşağı düşəcək. Martın 31-i və aprelin 1-i gecə saatlarında aran rayonlarında mənfi temperatur müşahidə oluna bilər. Martın 30-dan aprelin 1-dək havanın yağmurlu olacağı, bəzi yerlərdə yağıntının güclü olacağı, yüksək dağlıq ərazilərdə qar şəklində düşəcəyi, bəzi bölgələrdə şimşək çaxacağı və dolu müşahidə oluna biləcəyi gözlənilir.
“Gözlənilən güclü yağıntı Gürcüstan çaylarında suyun səviyyəsinin xeyli yüksəlməsinə, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq bölgələrində isə qar uçqunlarının əmələ gəlməsinə və sürüşmə proseslərinin formalaşması-aktivləşməsinə səbəb ola bilər.
Gözlənilən güclü külək binaların dam örtüklərinə, elektrik xətlərinə, ağaclara və digər infrastruktur obyektlərinə ziyan vura bilər. Havanın mənfi temperaturu və güclü külək çiçəkləmə fazasında olan meyvə ağaclarına mənfi təsir göstərəcək”-deyə Milli Ətraf Mühit Agentliyində açıqlayırlar.