Martın 2-dən N308 marşrutu üzrə 18 metrlik avtobuslar hərəkət edəcək
Martın 2-dən N308 marşrutu üzrə 18 metrlik avtobuslar hərəkət edəcək

 
MAN markalı 18 metrlik avtobuslar N308 marşrutu üzrə də hərəkət edəcək. İndiyədək bu marşrut üzrə hərəkət edən 12 metrlik avtobuslar martın 2-dən doqquz ədəd 18 metrlik avtobuslarla əvəz olunacaq. Məlumatı Tbilisi Meriyası yayır.

Meriyadan verilən məlumat üzrə, N308 avtobus Barataşvili küçəsindən mövcud marşrut xətti üzrə – Azadlıq meydanı, Rustaveli prospekti, Kostava küçəsi, Qəhrəmanlar meydanı, Çariça Tamar prospekti, Tsinamdzğvrişvili küçəsi, Tsereteli prospekti, Eristavi küçəsi, Quramişvili prospekti, Saracişvili küçəsi, Akaki Vasadze küçəsi, “Axmeteli Teatrı” metrostansiyası istiqamətində hərəkət edəcək və Omar Xizanişvili küçəsində (Qldaninin VII-VIII mikrorayonlarını birləşdirən yol) hərəkəti sonlandıracaq.

“Əks istiqamətdə hərəkətə gəlincə, Tbilisinin tarixi ərazilərində yerləşən bəzi küçələrin 18 metrlik avtobusların ölçüləri nəzərə alınmaqla zəruri olan infrastruktur müdaxiləsi üçün uyğun olmadığına görə, avtobus marşrutunu dəyişəcək və kiçik dəyişikliklərlə hərəkət edəcək. Belə ki, bu halda avtobus sərnişinlərə xidmət göstərmək üçün Barataşvili və Puşkin küçələrindən, Azadlıq meydanı, Rustaveli prospekti, Kostava küçəsi, Qəhrəmanlar meydanı, Çariça Tamar prospekti, Tsinamdzğvrişvili küçəsi, Tsereteli prospekti, Eristavi küçəsi, Quramişvili prospekti, Saracişvili küçəsi, Kerçi və Vasadze küçələrindən istifadə edəcək, sonra “Axmeteli Teatrı” metrostansiyasının ərazisinə keçəcək və Xizanişvili küçəsində (Qldaninin VII-VIII mikrorayonlarını birləşdirən yol) dayanacaq”-məlumatda qeyd olunur.

Meriyanın yaydığı məlumat üzrə, sıxılmış təbii qazla işləyən avtobuslar 162 sərnişin üçün nəzərdə tutulub, onlardan 43-ü oturacaqlıdır. Avtobuslarda sərnişin haqqının ödənilməsi və informasiya sistemlərinin idarə edilməsi üçün kompüter, məlumat lövhələri, audioinformasiya və video monitorinq sistemi, həmçinin WIFI qurğusu olan informasiya sistemi fəaliyyət göstərir.

Meriyadan qeyd olunduğu kimi, munisipalitet nəqliyyat islahatı çərçivəsində 18 metrlik 160 ədəd avtobus alıb. Yaxın günlərdə N301 və N314 marşrutları üzrə 18 metrlik avtobusların paylanması nəzərdə tutulub.