Nutsa Buzaladzenin Avroviziya mahnısı və video-çarxının premyerası martın 11-də  keçiriləcək
Nutsa Buzaladzenin Avroviziya mahnısı və video-çarxının premyerası martın 11-də keçiriləcək

Gürcüstanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Nutsa Buzaladzenin mahnı və videoçarxının premyerası martın 11-də keçiriləcək.

Firefighter – Darko Dimitrov və Ada Satkanın Nutsa üçün xüsusi olaraq yazdığı 2024-cü il gürcü müsabiqə mahnısının adı belədir.

Klipin rejissoru Zaza Oraşvili, rəssamı Şako Popiaşvili, xoreoqrafı Luici Aloka, geyim dizaynı Laşa Coxadze və Aleksandre Axalkatsişviliyə aiddir, montaj rejissoru isə Nestan Sincikaşvilidir.

Nutsa Buzaladze ilə birgə çəkilən videoçarxda  tamaşaçılar gürcü və italyan rəqqaslarını görəcəklər. Bu il Avroviziya Mahnı Müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

Mayın 9-da keçiriləcək ikinci yarımfinalda Gürcüstanın adı ilə Nutsa Buzaladze çıxış edəcək. Ənənəvi olaraq Birinci Kanal müsabiqənin birbaşa translasiyasını təqdim edəcək.