Marta Kosi – Biz Gürcüstanla yalnız üzv dövlətlərin etmək istədiyi qədər çox şey edə bilərik

18:04, 07.10.2026

Avropa Parlamentinin Genişlənmə məsələləri üzrə Komissarı Marta Kosi, Avropa Parlamentinin Xarici İşlər Komitəsində Polşalı Avropa Parlamentinin üzvü Kşiştof Brezanın Gürcüstan üçün vizasız səyahətin dayandırılması ilə bağlı sualına cavab verdi.

Brezanın qeyd etdiyi kimi: “Gürcüstanla bağlı konkret bir sualım var, biz artıq Gürcüstanın diplomatik və rəsmi pasport sahibləri üçün vizasız səyahəti dayandırmışıq, lakin Gürcüstandan alınan məlumata görə, bunun real təsiri az olub. Komissiya vizasız rejimin daha geniş şəkildə dayandırılmasını nəzərdən keçirirmi və Şurada hədəfli sanksiyalar barədə razılığın əldə olunması üçün real şans varmı?”

“Gələn həftə Aİ Xarici İşlər Şurasında Gürcüstanla bağlı xüsusi müzakirəmiz olacaq. Biz yalnız üzv dövlətlərin etmək istədiyi qədərini edə bilərik”, – deyə Kosi Brezanın sualına cavab olaraq bildirib.

Oxşar