Marşal Qelovani prospekti ilə Muxran Machavariani küçəsini birləşdirən yeni yolun tikintisi aprelin sonunda başa çatacaq
Marşal Qelovani prospekti ilə Muxran Machavariani küçəsini birləşdirən yeni yolun tikintisi aprelin sonunda başa çatacaq

 

Marşal Qelovani prospekti ilə Muxran Machavariani küçəsini birləşdirən yeni yolun tikintisi aprelin sonunda başa çatacaq. Məlumatı Tbilisi Meriyası yayır.

Meriyadan verilən məlumata əsasən, hazırda yeni avtomobil yolunun ərazisində xovlu dəmir-beton divarların tikintisi başa çatdırılıb və yolun hərəkət hissəsinə beton örtük çəkilir.

Paytaxtın meri Kaxa Kaladze, müavini İrakli Bendeliani ilə birlikdə cari və tamamlanmış işlərlə tanış olub.

“Marşal Qelovani prospekti ilə Muxran Machavarianini birləşdirən yolun tikintisi paytaxtda həyata keçirilən ən böyük layihələrdən biridir. Layihənin icrası zamanı müəyyən çətinliklər yaranıb, çünki bu ərazidə sürüşmə zonaları var. Təxminən doqquz ocaq var idi, lakin hamısı işlənib və təhlükəsizlik hər şəkildə qorunur. İşlərin başa çatdırılmasına gəlincə, aprelin sonuna kimi yol infrastrukturu tam şəkildə qaydasına salınacaq, gecə işıqlandırma dirəklərinin quraşdırılmasına başlanacaq və düşünürəm ki, mayın ortalarından bu yolu açmaq mümkün olacaq”- deyə Kaxa Kaladze açıqlayıb.

Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidmətinin rəhbəri Qiorqi Abutidze, Saburtalo rayonunun icra başçısı Qaioz Vasadze və Tbilisi Sakrebulosunun üzvü Avtandil Tsintsadze ərazidə olublar.