Marneulidə 2000 azarkeş üçün nəzərdə tutulmuş yeni futbol stadionunun açılışı olub.
Gürcüstan hökumətinin administrasiyasının məlumatına görə, stadion kompleksi UEFA standartları (II kateqoriya) ilə təmin edilmiş bütün lazımi yerləri özündə birləşdirir.
“Stadion müasir yanğınsöndürmə sistemi ilə təchiz olunub və əlillər üçün tam uyğunlaşdırılıb. Yeni stadionun layihə və tikinti işləri dövlət büdcəsindən 8,2 milyon lari hesabına maliyyələşdirilib”, – deyə hökumət administrasiyasının məlumatında bildirilir.