Marneulidə uşaq bağçaları üçün nəzərdə tutulan ərzaq məhsulları uşaqların valideynlərinə paylanacaq
Marneulidə uşaq bağçaları üçün nəzərdə tutulan ərzaq məhsulları uşaqların valideynlərinə paylanacaq, – bu barədə məlumatı Marneulinin meri Zaur Darğallı verdi.
Onun dediyinə görə, məhsulların ailələrə paylanması gələn həftədən başlayacaq və bu prosesə Uşaq Bağçaları Birliyi koordinasiya edəcək.
“Yerli özünü idarəetmə orqanının qərarı ilə, Marneulidəki uşaq bağçaları üçün nəzərdə tutulan 60 günlük ərzaq paketləri 2016 uşağın ailəsinə paylanacaq. Bunun üçün 130 000 lari ayrılıb” – dedi Zaur Darğallı.