Marneulidə Sadaxlo kəndinin seçki məntəqəsində baş vermiş faktla əlaqədar iki nəfəri saxlayıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində iki nəfəri: 1984-cü il təvəllüdlü R.İ. və 1990-cı il təvəllüdlü E.İ.-ni saxlayıblar.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Gürcüstan Parlamentinin 2024-cü ilin oktyabrın 26-da keçirilən seçkilərinin gedişatı zamanı Marneuli Munisipalitetinin Sadaxlo kəndinin 69 saylı seçki məntəqəsində qanunvericiliyi pozaraq seçki bülletenlərini qutuya yerləşdiriblər. Qeyd olunan fakta görə Marneulinin Dairə Seçki Komissiyasının qərarı ilə 69 saylı seçki məntəqəsində səsvermə dayandırılıb və səsvermənin nəticələri etibarsız hesab edilib.
Həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları R.İ. və E.İ.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar” – Daxili İşlər Nazirliyində bildirirlər.
Baş vermiş faktla əlaqədar istintaq Cinayət Məcəlləsinin 164-cü “üçüncü” maddəsi ilə aparılır, bu da seçkilərlə bağlı sənədlərin: seçki siyahıları, protokollar, bülletenlər, qeydiyyat jurnalları və nəzarət vərəqələrinin qəsdən saxtalaşdırılmasını nəzərdə tutur. Cinayət iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.