Marneulidə NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Avropa və Avro-Atlantik İnteqrasiya Akademiyasının təlim kursu başlayıb
Marneulidə NATO və Avropa İttifaqı üzrə İnformasiya Mərkəzinin İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə Avropa və Avro-Atlantik İnteqrasiya Akademiyasının təlim kursu başlayıb.
Təlim kursunun məqsədi regionlarda NATO və Avropa İttifaqının tarixi, Gürcüstanın Qərbə inteqrasiya prosesi haqqında məlumatlılığın artırılmasıdır.
“Layihə gənclərə, xüsusilə etnik azlıqlara Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasının əsas istiqamətləri haqqında məlumat vermək məqsədi daşıyır. Biz həmçinin ümumilikdə NATO, Aİ-nin tarixi və Gürcüstanın bunlarla mövcud əməkdaşlıq mexanizmləri haqqında danışacağıq. Gürcüstan üçün ciddi problem olan bir çağırış və anti-Qərb təbliğatı kimi media savadına da xüsusi diqqət yetiriləcək”, – NATO-Aİ İnformasiya Mərkəzinin mətbuat katibi Temur Sukaşvili bildirib.
Akademiyanın hazırlıq kursu Marneuli Gənclər Mərkəzində başlayıb və burada etnik azlıqları təmsil edən 15 yaşdan yuxarı gənclər iştirak edə bilər.