Marneulidə heyvana qarşı amansız rəftar faktı üzrə təqsirləndirilən şəxs saxlanılıb
Marneulidə itə qarşı zorakılıq faktı üzrə təqsirləndirilən şəxs saxlanılıb. Bu barədə Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən məlumat verilib.
Heyvana qarşı amansız davranışı əks etdirən videogörüntülər sosial şəbəkəldə yayılıb. Yayılmış məlumata əsasən, hadisə Marneulinin kəndlərindən birində baş verib.
Faktla bağlı Daxili İşlər Nazirliyi Gürcüstanın CM-nin heyvana işgəncə vermə, amansız rəftar və ya fərqli zorakılığı nəzərdə tutan 259-cu maddəsi ilə istintaq başladıb.