Marneulidə Gürcüstanın azərbaycanlı icmasının uğurlu nümayəndələri mükafatlandırılıb, “Rəngarəng Gürcüstan”ın rəhbəri Ramilia Əliyeva ilin jurnalisti seçilib
Marneulidə Gürcüstanın azərbaycanlı icmasının uğurlu nümayəndələri mükafatlandırılıb, “Rəngarəng Gürcüstan”ın rəhbəri Ramilia Əliyeva ilin jurnalisti seçilib

“24 News.ge” xəbər saytının təşəbbüsü ilə Marneulidə Gürcüstanın azərbaycanlı icmasının müxtəlif sahələrində çalışan uğurlu vətəndaşların mükafatlandırılması mərasimi keçirilib.

Təltif edilənlər xüsusi fəallıqlarına və öz sahəsində əldə etdikləri nailiyyətlərə görə 10 nominasiya üzrə adlandırılıb.

“Məqsədimiz Gürcüstanın Azərbaycanlılar icmasında müxtəlif sahələrdə çalışan insanların fəaliyyətini təşviq etməkdir. Bu təşəbbüs çərçivəsində biz hər il 10 müxtəlif nominasiya üzrə müəyyən edilmiş şəxslərin adlarını çəkirik və mükafatlandırırıq. Bu nominasiyalar arasında ilin həkimi, ilin müəllimi, ilin polis qadını, jurnalisti və s. var. Əsas məqsədimiz odur ki, bu layihə icma üzvlərini öz sahələrində fəal işləməyə həvəsləndirsin”, – bildirib “24 News”un rəhbəri Azər Məmmədov.

“İlin jurnalisti” nominasiyasında mükafat Gürcüstanin İctimai Yayimçısı – Birinci Kanalın “Rəngarəng Gürcüstan” qrupunun rəhbəri Ramilia Əliyevaya verilib.

“Regional medianın inkişafı təbii ki, mühüm amildir. Xatırladırıq ki, Gürcüstanin İctimai Yayimçısı – Birinci Kanal “Rəngarəng Gürcüstan” lahiyəsi çərçivəsində hazırladığı media məhsulları təmənnasız olaraq Kvemo Kartli və Samtsxe Cavaxetinin regional medialarına təqdim edir. Kvemo Kartlinin Azərbaycandilli 24news.ge xəbər agentliyinin mükafatı həm də Birinci Kanalın “Rəngarəng Gürcüstan” qrupunun mükafatıdır”, – Gürcüstanin İctimai Yayimçısı – Birinci Kanalın “Rəngarəng Gürcüstan” qrupunun rəhbəri Ramilia Əliyeva bildirib.

Qeyd edək ki, “24 News”un təşəbbüsü ilə Gürcüstanın Azərbaycanlılar icmasının nümayəndələrinin mükafatlandırılması artıq ikinci ildir ki, keçirilir.