Marneulidə Cənubi Qafqaz musiqi festivalı başa çatdı.
Festivalın yekun gecəsi munisipalitetin Tserakvi kəndində dünən gecə baş tutdu.
Vahid Qafqaz (One Caucasus) festivalı bu il dördüncü dəfə keçirildi.
Azərbaycandan, Ermənistandan, Polşadan və həmçinin Gürcüstanın müxtəlif regionlarından gələn musiqi ifaçıları, dörd gün ərzində, necə qrup olaraq, eləcə də individual musiqi səhnələr hazırladılar.
Festivalda birgə kompozisiya da yaradıldı.
Festival çərçivəsində milli əl işlərinin sərgi-satışı da keçirildi.