Marneuli zavodu möhürlənmiş qırmızı "Tkemali" nümunələrini Almaniya laboratoriyasına göndərdi
Marneuli ərzaq zavodu Ərzaq Keyfiyyətinin Qorunmasının Milli Agentliyi tərəfindən möhürlənən qırmızı “Tkemali” nümunələrini bugün Almaniyanın Frezenyus İnstitutunun laboratoriyasına (SGS Institut Fresenius) göndərib.
Bu barədə zavodun rəsmi bəyanatında deyilir.
Ərzaq Keyfiyyətinin Qorunmasının Milli Agentliyinə, “Tkemalinin” möhürlənməsi və yoxlanması üçün zavodun özü müraciət edib.
Məhsulun yoxlandığından sonra, zavod analiz nəticələrini ictimaiyyətə bildirəcək.
Analiz cavabları gələnə qədər isə, zavod müvəqqəti olaraq, qeyd olunan məhsulun istehsalını dayandırıb.
Bunun səbəbi isə, momxmarebeli.ge (istifadəçi.ge) saytında yayılan məlumat idi, hansına əsasən, qeyd olunan məhsulun tərkibində “Sudan-1” adlı zərərli boya aşkarlanıb.