Marneuli və Axalkalakidə 26 Mayın təntənəli şəkildə qeyd olunmasına hazırlıq gedir
Marneuli və Axalkalakidə mayın 26-nı təntənəli şəkildə qeyd etməyə hazırlaşırlar. Gürcüstan hökumətinin təşəbbüsü və Dövlət Naziri Aparatının təşkilatçılığı ilə Axalkalaki Mərkəzi Parkında və Marneulinin girişində “Yenidən böyüyəcəklər” abidəsi ərazisində, fərqli və maraqlı komponenti olan müxtəlif əyləncəli və maarifləndirici sahələr qurulur, o cümlədən tematik stendlər və maarifləndirici sərgilər, yerli sakinlərin konsertləri, teatr tamaşaları və uşaq tamaşaları, pavilyonlar, istirahət zonaları, həm uşaqlar, həm də böyüklər üçün idman fəaliyyətləri təşkil olunacaq. Vətəndaşların həmçinin Müdafiə Qüvvələrinin hərbi texnikası, silah-sursat və texnikasının sərgisini də görmək imkanı olacaq.
Mayın 26-da keçiriləcək tədbir saat 17:10-da kulminasiya nöqtəsinə çatacaq, o zaman Gürcüstanın dövlət himni bütün ölkə ərazisində təntənəli şəkildə səsləndiriləcək. Marneulidəki axşam konsertlərində “Prani”, Temur Kvitelaşvili, Eka Kaxiani, Nini Baduraşvili, Kristine İmadedze və Tako Qaçeçiladze, Axalkalakidə isə Nodiko Tatişvili, Sopo Qelovani, Mariam Mamismedaşvili, Datuna Mqeladze, “Corcia” dueti mahnı oxuyacaqlar.
“Marneuli və Axalkalakidə 26 May tarixinin qeyd edilməsinə hazırlıq son mərhələdədir. Səhnə çox maraqlı konsert üçün hazırlanıb. Eyni zamanda, bütün yaş seqmentləri üçün nəzərdə tutulmuş, onların maraqlarına uyğunlaşdırılmış əyləncə, maarifləndirici və idman fəaliyyətləri üçün məkanlar var. Biz hər kəsi Müstəqillik Gününü azadlıq eşqi ilə birlikdə qeyd etməyə dəvət edirik”, – deyə dövlət nazirinin birinci müavini Lia Qiqauri bildirib.