Marko Rubio: “Nikol Paşinyanı qələbə münasibətilə təbrik edirəm. Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təmin edilməsi məqsədilə birgə fəaliyyətimizi səbirsizliklə gözləyirik.”
ABŞ dövlət katibi Marko Rubio Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik edib. Bu barədə Rubio sosial şəbəkə hesabında paylaşım edib.
“Baş nazir Nikol Paşinyanı və onun partiyasını seçkilərdə yenidən qələbə qazanması münasibətilə təbrik edirəm. Biz tarixi Vaşinqton Sülh Sammitinin məqsədlərinin, o cümlədən ‘Trampın Sülh və Rifah Yolu’ təşəbbüsünün təşviqinə sadiq qalırıq. Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təmin olunması üçün birgə fəaliyyətimizi səbirsizliklə gözləyirik”, – deyə Rubio bildirib.