Marketa Qreqorova - seçki prosesini müşahidə edirik, hər şeyin nə qədər düzgün təşkil olunduğuna dair formaları doldururuq
Avropalı parlamentari Marketa Qreqorovanın sözlərinə görə, Avropa Parlamentinin üzvləri müşahidə missiyası çərçivəsində seçki məntəqələrindəki vəziyyəti müşahidə edirlər.
Qreqorovanın sözlərinə görə, müxtəlif seçki məntəqələrində proseslər , o cümlədən səsvermə üçün zəruri əşyaların olub-olmaması və kovid tənzimləmələrə necə əməl olunması müşahidə olunur.
“Biz Avropa Parlamentindən seçki müşahidə missiyası çərçivəsində burdayıq. Bu gün artıq dörd seçki məntəqəsinə baş çəkmişik və bir çox seçki məntəqələrinə baş çəkəcəyik. Prosesi müşahidə edirik, hər şeyin düzgün təşkil edilib-edilməməsi, kovid qaydalara əməl olunub-olunmaması , səsvermə üçün lazım olan əşyaların olub-olmaması və s. barədə formaları doldururuq”-deyə Marketa Qreqorova bildirib.
Seçki prosesi ilə bağlı məsələlərdən başqa, jurnalistlər avropalı parlamentariyə , Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsini necə qiymətləndirəcəyi və bu faktın ölkəyə təsir edib-etməyəcəyinə dair sual ünvanlayıblar. Suala o belə cavab verib:
“Bununla əlaqədar bir çox şey bilinmir. Belə ki, gözləyək və görək nə olacaq” -deyə avropalı parlamentari bildirib.