Mark Rutte: Türkiyə son dərəcə vacibdir, onun Alyansda ən güclü ordulardan biri var və bu ordu son dərəcə yaxşı təchiz olunub və hazırlanıb

14:20, 01.07.2026

Türkiyə son dərəcə vacibdir, onun Alyansda ən güclü ordulardan biri var və bu ordu son dərəcə yaxşı təchiz olunub və hazırlanıb. Bu barədə NATO-nun baş katibi Mark Rutte türk mediasına müsahibəsində bildirib.

Mark Ruttenin sözlərinə görə, əsas prioritetlərdən biri NATO çərçivəsində daha güclü Avropanın formalaşdırılmasıdır və bunun üçün müdafiə sənayesinin istehsal gücünün əhəmiyyətli dərəcədə artırılması lazımdır.

“Lakin bu sahədə həm ABŞ-da, həm də Avropada hələ görüləcək çox iş var. Türkiyədə təxminən 3000 müdafiə sənayesi şirkəti var və bu baxımdan ölkə mühüm rol oynayır. Bununla belə, NATO olaraq ümumi mənzərə üzrə daha çox iş görməliyik, çünki istehsal və təchizat müddətləri hələ də çox uzundur və istehsal həcmlərimiz ehtiyacı qarşılamır”, – deyə Mark Rutte qeyd edib.

Oxşar