Mark Rutte — NATO tarixən ABŞ-dan həddən artıq asılı olub, indi isə ABŞ öz töhfəsini dəyişib və digər müttəfiqlər də daha çox pay vermək üçün addımlar atıblar

15:50, 17.06.2026

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, ABŞ-ın Avropadakı hərbi qüvvələrinin azaldılmasından sonra Avropalı müttəfiqlər böhran dövründə daha çox məsuliyyət götürmək barədə razılaşıblar.

Brüsseldə keçirilən mətbuat konfransında Rutte qeyd edib ki, Avropa və Kanada alyansın ehtiyacları üçün daha çox iş görə bilərlər. Onun sözlərinə görə, NATO-nun Avropa üzvləri tarixən ABŞ-dan həddən artıq asılı olublar.

“Birləşmiş Ştatlar NATO qüvvələrinin modelinə dair öhdəliklərini dəyişib. Burada əsas məsələ hazırda qüvvələrin harada yerləşməsi deyil, kimin nə etməsidir. Tarixən NATO ABŞ-dan həddən artıq asılı olub. İndi ABŞ öz töhfəsini dəyişib və digər müttəfiqlər də daha çox pay vermək üçün addımlar atıblar”, — deyə Rutte bildirib.

Eyni zamanda, Rutte ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə etmək və Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq səylərini alqışladığını deyib.

“ABŞ-ın nüvə silahına sahib İran təhlükəsinin qarşısını almağa və onun ballistik raket imkanlarını azaltmağa yönəlmiş addımı hamımız üçün təhlükəsizliyi artırır. Prezident Trampın əldə etdiyi razılaşma İranın heç vaxt nüvə silahı əldə etməməsi üçün imkan yaradır”, — deyə NATO Baş katibi qeyd edib.

Oxşar