Mark Rutte - Gürcüstanda baş verənlərdən narahatıq, biz Gürcüstanı Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa qətiyyətlə çağırırıq
Biz Gürcüstanda baş verənlərdən narahatıq, cari hadisələri diqqətlə izləyirik, – NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun fikrincə, Gürcüstan Avroatlantik inteqrasiya yoluna qayıtmalıdır.
“Biz Gürcüstanı ciddi şəkildə Avropa İttifaqı və NATO ilə Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırırıq. Biz çox narahatıq və Gürcüstanda baş verən hadisələri izləyirik. Seçkilərə hər hansı tərəfdən müdaxiləyə gəlincə, bu, yolverilməzdir”. – Rute dedi.