Mark Rute -  Gürcüstan da daxil olmaqla genişlənmə paketi ilə bağlı Avropa Şurasına təqdim olunan təklifləri ümumilikdə dəstəkləyirik
Mark Rute - Gürcüstan da daxil olmaqla genişlənmə paketi ilə bağlı Avropa Şurasına təqdim olunan təklifləri ümumilikdə dəstəkləyirik

Gürcüstan da daxil olmaqla, genişlənmə paketi ilə bağlı Avropa Komissiyasının Avropa Şurasına təqdim etdiyi təklifləri ümumilikdə dəstəkləyirik  – Niderlandın Baş naziri Mark Rute bildirib.

Onun sözlərinə görə, konsensusa nail olmaq üçün fəal şəkildə çalışacaqlar.

“Genişlənmə ilə bağlı atılacaq addımlar, eləcə də Ukraynaya 50 milyardın verilməsi ilə bağlı konsensusa nail olunması üçün fəal işləyəcəyəm, həmkarlarım da fəal işləyirlər, çünki hər iki məsələ həlledici əhəmiyyət kəsb edir. İndiyə qədər biz həmişə yekdil qərarlar qəbul edə bilmişik, onların arasında Viktor Orban da var idi. Ümid edirəm ki, biz bunu indi də bacaracağıq”- deyə Mark Rute bildirib.