Mark Kleyton - Tamaz Qinturinin rus qüvvələri tərəfindən öldürülməsi məni sarsıtdı, Rusiya Gürcüstan torpaqlarında qanunsuz mövcudluğuna son qoymalı və bütün məhbusları azad etməlidir
Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton Rusiya işğalçı qüvvələrinin Kirbalada açdığı atəş nəticəsində Gürcüstan vətəndaşının öldürülməsi faktına “Twitter”də münasibət bildirib.
“Rusiya qüvvələri tərəfindən Tamaz Qinturinin öldürülməsi məni sarsıtdı. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Rusiya Gürcüstan ərazisində qeyri-qanuni mövcudluğuna son qoymalı və bütün məhbusları azad etməlidir”- səfir yazır.
Rusiya işğalçı qüvvələri işğal altındakı Kirbala yaxınlığında Gürcüstan vətəndaşı Tamaz Qinturini öldürüb, bir vətəndaşı isə qanunsuz olaraq saxlayıblar. Gürcüstanın mərkəzi hakimiyyətinin tələbi ilə Erqnetidə görüş keçirilib.