Mark Kleyton - Saakaşvili ilə bağlı mövcud vəziyyət Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirir, biz hamını bu vəziyyətdən çıxış yolu tapmağa çağırırıq
Mark Kleyton - Saakaşvili ilə bağlı mövcud vəziyyət Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirir, biz hamını bu vəziyyətdən çıxış yolu tapmağa çağırırıq

 

Birləşmiş Krallığın Mixeil Saakaşvili ilə bağlı mövqeyi çox aydındır. Biz onun sağlamlıq vəziyyəti ilə bağlı hesabatları diqqətlə izləyirik -bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton açıqlayıb.

O, Saakaşvili ilə bağlı mövcud vəziyyətin Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirdiyini bildirir.

“Gürcüstan hökumətinə onun sağlamlığı və təhlükəsizliyini təmin etmək məsuliyyətini daim xatırladırıq. Mixeil Saakaşvili ilə bağlı mövcud vəziyyət Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirir. Biz hər kəsi bu vəziyyətdən çıxış yolu tapmağa çağırırıq”- deyə Mark Kleyton açıqlayıb.