Mark Kleyton - Gürcüstanın Avro-Atlantik istəklərini dəstəkləyirik, xarici işlər nazirimizin dediyi kimi, Britaniya Gürcüstanın qətiyyətli dostudur və belə də davam edəcək
Gürcüstanın Avro-Atlantik istəklərini dəstəkləyirik. Mart ayında xarici işlər nazirimizin dediyi kimi, Birləşmiş Krallıq Gürcüstanın qətiyyətli dostudur və belə də davam edəcək -bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton Kral III Çarlzın rəsmi ad gününü qeyd etmək üçün keçirilən qəbulda çıxışı zamanı danışıb.
Səfirin qeyd etdiyi kimi, keçən il kraliçanın ölümü və sonra isə Kral III Çarlzın tacqoyma mərasimi səbəbilə Böyük Britaniya üçün mühüm olub.
“Keçən il Birləşmiş Krallıq üçün mühüm il oldu. Keçən il biz buraya mərhum kraliçanın brilyant yubileyini qeyd etmək üçün toplaşmışdıq. O, Birləşmiş Krallığın ən uzun müddətli monarxı idi və onun vəfatı Birləşmiş Krallıqda və ondan kənarda bir çoxumuzun qəlbini qırdı. Birləşmiş Krallığın bütün dünyadan olan dostları və müttəfiqlərinin dəstəyi ilə bu anımız yüngülləşmiş oldu. Gürcüstandan olan dostlar, tərəfdaşların və dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin bizi ziyarət edərək matəm kitabına ürək sözlərini yazmaq və öz ehtiramlarını bildirmək istəmələri ilə biz buna Gürcüstanda olduqca kəskin şəkildə şahid olduq. Dostlarımız Kral III Çarlzın tacqoyma mərasimi üçün Londona səfər edəndə biz dəstəyi bir daha hiss etdik” – deyə səfir bildirib və Britaniya üçün hər iki mühüm hadisə zamanı prezident Zurabişvilinin təmsil etdiyi Gürcüstana minnətdar olduğunu qeyd edib.
Mark Kleyton keçən ilin Birləşmiş Krallıq-Gürcüstan münasibətləri üçün mühüm olduğunu bildirib.
“Bu il biz xarici işlər naziri Darçiaşvilini Londonda illik strateji danışıqlar, “Wardrop” Dialoqu üçün qəbul etmək şərəfinə nail olduq. Xarici işlər nazirimiz Ceyms Kleverli mart ayında Gürcüstana cavab səfəri etdi, bu da Birləşmiş Krallığın xarici işlər nazirinin 2016-cı ildən sonra bu ölkəyə ilk səfəri idi. Bu səfərlər mühüm əhəmiyyət kəsb edir və mühüm məsələlərlə bağlı baş nazir və nazirlərlə dərin dialoq aparmağa imkan verir. Bununla belə, müdafiə sahəsində əməkdaşlıqdan tutmuş kibertəhlükəsizliyə qədər Gürcüstanla münasibətlərimizə gəldikdə, bu, aysberqin görünən tərəfidir. Biz bu barədə sabah səhər Gürcüstan məktəblərində ingilis dilinin öyrənilməsinə dəstək verən Britaniya Şurasının fəaliyyətindən irəli gələrək danışacağıq, çox işlər görülür və qarşıda hələ çox şeylər olacaq”- deyə səfir açıqlayıb.
O, həmçinin Britaniya Silahlı Qüvvələrinin kontingentinin Gürcüstanda planlaşdırılan təlimlərdə iştirakına diqqət çəkib.
“Bu ilin sonunda Böyük Britaniya Silahlı Qüvvələrinin ən böyük kontingenti Gürcüstanda planlaşdırılan təlimlərdə iştirak edəcək. Biz parlament, hökumət, vətəndaş cəmiyyəti təşkilatları, hüquq müdafiəçiləri, LGBTQ icması və digərləri ilə işləməyə davam edəcəyik. Dezinformasiyanın və Gürcüstanın demokratiyasına müdaxilənin aradan qaldırılması üçün media ilə işləməyə davam edəcəyik.Gürcüstanın Avro-Atlantik istəklərini dəstəkləyirik. Mart ayında xarici işlər nazirimizin dediyi kimi, Birləşmiş Krallıq Gürcüstanın qətiyyətli dostudur və belə də davam edəcək”-deyə Böyük Britaniyanın Gürcüstandakı səfiri açıqlayıb.