Mark Kleyton- Gürcüstana demokratik islahatları davam etdirməyə, media azadlığını qorumaq üçün hər şeyi etdiyini təmin etməyə dair çağırış etdik
B.Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton Britaniyanın Gürcüstan hökumətinə demokratik islahatları davam etdirməyə çağırış etdiyini bildirib.
Kleyton bu barədə 12 bəndin yerinə yetirilməsi və Avropaya inteqrasiyanın həyata keçirilməsi ilə bağlı suala cavabında açıqlayıb.
Kleyton vətəndaş cəmiyyətinin azadlığının da təmin edilməli olduğunu bildirib.
“Xarici işlər katibimiz ötən cümə günü səfər etdi. Xarici işlər naziri Darçiaşvili və Baş nazir Ğaribaşvili ilə yaxşı görüşümüz oldu. Keçən həftə mətbuata danışan xarici işlər naziri olduqca qətiyyətli idi. Biz Gürcüstanı demokratik islahatları davam etdirməyə çağırdıq ki, bu da onun media azadlığını qorumaq, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyət hüququ və azadlığının qorunub saxlanması üçün əlindən gələni etməsini təmin etmək deməkdir” – deyə Mark Kleyton bildirib.