Mark Klayton - Birləşmiş Krallıq beynəlxalq qaydaların, eyni zamanda demokratiya və azadlıqların möhkəm şəkildə qorunduğu və avtokratiyanın porblemlərlə üzləşdiyi dünyanın tərəfdarı olaraq qalır
Mark Klayton - Birləşmiş Krallıq beynəlxalq qaydaların, eyni zamanda demokratiya və azadlıqların möhkəm şəkildə qorunduğu və avtokratiyanın porblemlərlə üzləşdiyi dünyanın tərəfdarı olaraq qalır

Bu gün Beynəlxalq İnsan Hüquqları Günüdür, imzalanmasının 75-ci ildönümündə Böyük Britaniya beynəlxalq qaydaların, eyni zamanda demokratiya və azadlıqların möhkəm qorunduğu, avtokratiyanın problemlərlə üzləşdiyi dünyanın tərəfdarı olaraq qalır, – Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Klayton deyib.

Onun sözlərinə görə, Böyük Britaniya bütün fəaliyyətlərində açıq cəmiyyəti və insan hüquqlarının müdafiəsini ön plana çəkir.

“Gürcüstanda biz bütün hüquq və azadlıqlara hörmətin təmin edilməsi üçün hüquq müdafiəçiləri, LGBTQ+ icması, milli azlıqlar və dini liderlərlə əməkdaşlıq edirik. Beynəlxalq miqyasda bu, o deməkdir ki, İnsan Hüquqları Şurasında Böyük Britaniya Rusiyanının Ukraynadakı fəaliyyətlərinə görə cavabdehlik tələbində ön sıralarda yer alıb. Həmçinin, Britaniya, Sudan münaqişəsində insan haqları məsələlərinə dair xüsusi sessiyaya sədrlik edib. Biz ölkələrə demokratiyanın, azadlığın daha yaxşı qorunmasına və insan hüquqlarını pozanların məsuliyyətə cəlb olunmasına kömək etmək üçün tərəfdaşlarımız, vətəndaş cəmiyyəti və insan haqları müdafiəçiləri, habelə hökumət və parlamentlə işləməyə davam edəcəyik. Biz birlikdə aqressiyaya qarşı mübarizə aparacağıq və daha ədalətli və azad dünyanın yaradılmasına töhfə verəcəyik”, – səfir bildirib.