Mariyam Kvrivişvili - cari ilin yanvarında turizmdən gəlirlər 20 faizə qədər artdı
Cari ildə turizm sənayesində sevindirici tendensiyamız var, – bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri, Mariyam Kvrivişvili bəyan etdi.
Jurbalistlər dünyada yayılan koronavirus fonunda Gürcüstanda turist axını ilə maraqlandılar.
“Bu mırhələdə turizm sənayesində sevindirici tendensiyamız var. 2020-ci il, artım tempi ilə başladı. Turizmdən gəlirlər 19-20 faizə qədər artdı. Bizim həmçinin, bilavasitə turistlərin xərcləri baxımından kifayət qədər artımımız var və yanvar ayında turizmdən gəlirlərimiz iqtisadiyaatda 20 faiz ilə artdı”, – Mariyam Kvrivişvili qeyd etdi.