Mariya Zaxarova – Mən Makrona mülki əhalinin ölümünə səbəb olan silahların tədarükünü, həmçinin terrorizmi maliyyələşdirməyi dayandırması üçün qarşılıqlı təkliflə çıxış edirəm

15:29, 17.03.2024

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Paris Olimpiadası zamanı Rusiyadan Ukraynada atəşkəs istəmək niyyətində olduğunu bildirən bəyanatına cavab verib.

Mariya Zaxarova Makrona Kiyevə silah tədarükünü dayandırmağını təklif edir.

“Mən Makrona qarşılıqlı təkliflə çıxış edirəm: mülki əhalinin ölümünə səbəb olan silahların tədarükünü, həmçinin terrorizmi maliyyələşdirməyi dayandırsın”, – o, bu barədə “Ria Novisti”yə bildirib.

Həmçinin, Zaxarova Makronu Yaxın Şərqdəki münaqişə tərəflərinə oxşar təklif təqdim etməyə çağırır.

Parisdə Olimpiya Oyunları iyulun sonunda başlayacaq.

Fransa prezidenti Emmanuel Makron Ukrayna mətbuatına müsahibəsində Fransanın Olimpiya Oyunları zamanı Rusiyadan atəşkəs istəmək niyyətində olduğunu bildirib.

Oxşar