Mariya Zaxarova – Ermənistan hakimiyyəti parlament seçkiləri zamanı prosedurları kobud şəkildə pozub

16:23, 08.06.2026
MOSCOW, RUSSIA - MARCH 29, 2022: Russian Foreign Ministry Spokeswoman Maria Zakharova during a press briefing on Russia's current foreign policy. Russian Foreign Ministry/TASS

Ðîññèÿ. Ìîñêâà. Îôèöèàëüíûé ïðåäñòàâèòåëü ÌÈÄ Ðîññèè Ìàðèÿ Çàõàðîâà âî âðåìÿ áðèôèíãà ïî òåêóùèì âîïðîñàì âíåøíåé ïîëèòèêè. Ïðåññ-ñëóæáà ÌÈÄ ÐÔ/ÒÀÑÑ

MOSCOW, RUSSIA - MARCH 29, 2022: Russian Foreign Ministry Spokeswoman Maria Zakharova during a press briefing on Russia's current foreign policy. Russian Foreign Ministry/TASS Ðîññèÿ. Ìîñêâà. Îôèöèàëüíûé ïðåäñòàâèòåëü ÌÈÄ Ðîññèè Ìàðèÿ Çàõàðîâà âî âðåìÿ áðèôèíãà ïî òåêóùèì âîïðîñàì âíåøíåé ïîëèòèêè. Ïðåññ-ñëóæáà ÌÈÄ ÐÔ/ÒÀÑÑ

Ermənistan hakimiyyəti parlament seçkiləri zamanı prosedurları kobud şəkildə pozub – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, bütün seçki kampaniyası və səsvermə prosesi müxalif partiyalar, hərəkatlar, onların fəalları və tərəfdarlarına qarşı sərt repressiya mühitində keçirilib.

“Erməni Apostol Kilsəsi, ənənəvi olaraq ölkədə dərin hörmətə malik olan qurum da təqib olunub. Bu, İrəvanın azad seçkilərin keçirilməsi ilə bağlı demokratik prinsipləri və prosedurları kobud şəkildə pozması deməkdir”, – deyə Mariya Zaxarova qeyd edib.

Rusiya XİN sözçüsünün sözlərinə görə, repressiyalara Ermənistanın Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dəstəkləyən, Avropa İttifaqına inteqrasiyaya qarşı çıxan siyasi qüvvələr də məruz qalır.

“Moskvanın Ermənistanla gələcək siyasətinə gəlincə, biz mövqeyimizi Ermənistan rəhbərliyinin atacağı real addımları nəzərə alaraq formalaşdıracağıq”, – deyə Rusiya XİN nümayəndəsi bildirib.

Oxşar