Mariya Zaxarova - Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru avqustun sonunda Kurskdakı atom elektrik stansiyasına səfər etməyə hazırdır, səfərlə bağlı işlər aparılır
Mariya Zaxarova - Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru avqustun sonunda Kurskdakı atom elektrik stansiyasına səfər etməyə hazırdır, səfərlə bağlı işlər aparılır

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qross avqustun sonunda Kurskdakı atom elektrik stansiyasına baş çəkməyə hazırdır. Onun səfəri ilə bağlı iş aparılır, – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin dediyinə görə, Rusiya tərəfi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx təmasdadır.

“Biz Beynəlxalq Atom Enerjisi Agentliyinin Katibliyi ilə, şəxsən bu agentliyin baş direktoru Rafael Qrossi ilə Kiyev rejiminin Rusiyanın nüvə obyektlərinə – həm Kursk, həm də Zaporojya AES-lərinə qarşı davamlı təxribatları ilə bağlı sıx əlaqə saxlayırıq, Zaxarova bildirib.