Mariya Qabriel - Bolqarıstan Avropa İttifaqına inteqrasiya yolunda Gürcüstanı qətiyyətlə dəstəkləməyə davam edir
Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel Gürcüstanın xarici işlər nazirini Bolqarıstanda qəbul etməkdən məmnun olduğunu bildirib.
Mariya Qabriel Bolqarıstanın Avropa İttifaqına inteqrasiya yolunda Gürcüstanı qətiyyətlə dəstəkləməyə davam edəcəyini deyib.
“Bolqarıstan və Gürcüstan arasında möhtəşəm münasibətləri, Avropa İttifaqına gedən yolda Gürcüstanın islahatları və əldə etdiyi tərəqqini, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi müzakirə etmək üçün Gürcüstanın XİN rəhbəri İlia Darçiaşvilini Sofiyada qəbul etməkdən məmnunluq hissi duyuram. Bolqarıstan Avropa İttifaqına inteqrasiya yolunda Gürcüstanı qətiyyətlə dəstəkləməyə davam edir”-deyə Maria Qabriel yazır.