Mariya Peyçinoviç Buriç - Gürcüstan vətəndaşının rus zabitlər tərəfindən öldürülməsindən dolayı məyusam, mərhumun ailəsinə və Gürcüstan hökumətinə başsağlığı verirəm
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç “Twitter”də Rusiya işğalçı qüvvələrinin Kirbalada açdığı atəş nəticəsində Gürcüstan vətəndaşının qətlə yetirilməsi faktına münasibət bildirib.
“Gürcüstanın Sxinvali/Cənubi Osetiya bölgəsində, işğal xəttinə yaxın ərazidə rus zabitlər tərəfindən Gürcüstan vətəndaşının öldürülməsindən dolayı məyusam, mərhumun ailəsinə və Gürcüstan hökumətinə başsağlığı verirəm. Həmçinin, qarşı tərəfi qaçırılmış vətəndaşı azad etməyə çağırırıq” – bəyanatda deyilir.
Rusiya işğalçı qüvvələri işğal altındakı Kirbala yaxınlığında Gürcüstan vətəndaşı Tamaz Qinturini öldürüb, bir vətəndaşı isə qanunsuz olaraq saxlayıblar. Gürcüstanın mərkəzi hakimiyyətinin tələbi ilə Erqnetidə görüş keçirilib.