Maria Buriç işğal xəttinə yaxın olan Odzisi kəndində olub
Maria Buriç işğal xəttinə yaxın olan Odzisi kəndində olub

Gürcüstanda səfərdə olan Avropa Şurasının baş katibi Maria Peyçinoviç Buriç işğal xəttinə yaxın olan Odzisi kəndində olub.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstanın Avropa Şurası yanında daimi nümayəndəsi Tamar Taliaşvili və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Avropa Şurasının baş katibinə ağır humanitar vəziyyət barədə məlumat veriblər.

Avropa Şurasının baş katibi Maria Peyçinoviç Buriç Gürcüstanda səfərdədir. Səfər çərçivəsində Avropa Şurasının baş katibi Gürcüstanın icraçı və qanunvericilik orqanlarının ali nümayəndələri ilə görüşlər keçirəcək.