Mariupol merinin müavini - rus işğalçıları hərəkəti nəticəsində, Mariupolda bir bina belə zədələnməmiş qalmadı
Sus işğalçıları hərəkəti nəticəsində, Mariupolda bir bina belə zədələnməmiş qalmadı, – bu barədə Mariupol merinin müavini, Sergey Orlov bəyan etdi.
“Düşünürəm 80-90 faiz bombalanıb. Zədələnməmiş bir bina belə durmur. Tamamilə dağıdılıb və ya zədələnib”, – Mariupol merinin müavini qeyd etdi.
Onun dediyinə görə, şəhərin infrastrukturu demək olar işləmir, su yoxdur və əhali tez-tez qarı əridir.
Mer müavininin sözlərinə görə, şəhərə təcili humanitar dəhliz lazımdır.
Yalnız bir şey istəyirik – humanitar yüklərin gətirilməsi üçün humanitar dəhliz açılsın. 11 gündür buna çalışırıq. Sonuncu humanitar yardımımız dörd gün yolda idi, ruslar onun Mariupola girməsinə icazə vermirlər”, – Mariupol merinin müavini bəyan etdi.