Marina Kaliurand - sizə məsləhət verə, ən yaxşı təcrübəni təklif edə bilərik, lakin daxili problemlərinizi həll etmək üçün burada deyilik
Mən cəmiyyətiniz və ilk növbədə siyasətçilərinizin Avropa Komissiyasının tövsiyələrində qeyd olunduğu kimi de-oliqarxizasiya problemini həll edəcəklərini gözləyirəm – bu barədə avropalı parlamentari Marina Kaliurand de-oliqarxizasiya ilə bağlı suala cavabında bildirib.
Belə ki, jurnalistlər Kaliuranda “de-oliqarxizasiyanın de-bidzinizatsia mənasına gəldiyinə dair həmkarları ilə razı olub-olmadığını” soruşublar.
Avropalı parlamentari bildirib ki, Gürcüstanın əvəzinə Avropa İttifaqı problemləri həll edə bilməz, onlar yalnız ən yaxşı təcrübələri təklif edə bilərlər.
“Avropa İttifaqı Gürcüstanın əvəzinə problemləri həll edə bilməz. Problemlər və Gürcüstanın gördüyü islahatlar sizin əlinizdədir. Biz sizə məsləhət verə, ən yaxşı təcrübəni təklif edə bilərik, lakin daxili problemlərinizi həll etmək üçün burada deyilik. Odur ki, sualım sizədir. Mən cəmiyyətiniz və ilk növbədə siyasətçilərinizin Avropa Komissiyasının tövsiyələrində qeyd olunduğu kimi de-oliqarxizasiya problemini həll edəcəklərini gözləyirəm” – deyə Kaliurand bildirib.