Marina Kaliurand – Saakaşvilinin aclıq aksiyasını bərpa etməyəcəyinə və təxribat kimi qəbul edilən heç nə etməyəcəyinə böyük ümidlər bəsləyirəm
Mən Saakaşvilinin aclıq aksiyasını bərpa etməyəcəyinə və təxribat kimi qəbul edilən heç nə etməyəcəyinə ümid edirəm”, – dedi Aİ parlamentarı Marina Kaliurand Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdən sonra.
Marina Kaliurand qeyd etdi ki, görüş zamanı Mixeil Saakaşvili haqqında da danışıblar.
“Mən Saakaşvilinin və ona etirazın bu formasını dayandırmağı tövsiyə edənlərin hamısının bu qərarını alqışlayıram. Biz hamımız insanıq, sağlamlıq hər şeydən üstündür və heç kimin əziyyət çəkməsini istəmirik. Gürcüstanın keçmiş prezidenti reabilitasiya dövründə bütün lazımi səhiyyə xidmətlərini aldıqdan sonra aclığa qayıtmayacağına böyük ümid bəsləyirəm.
Bu gün Saakaşvilinin müvafiq xəstəxanada olması çox vacibdir ki, bu da onun üçün məqbuldur, o, köçürülməyə razılaşıb və tibbi xidmətlərdən, tibb işçilərindən razıdır. Ona tezliklə sağalmağı arzulayıram. Bir daha deyirəm ki, aclığı təzələməyəcəyinə böyük ümidlər bəsləyirəm. Saakaşvilinin təxribat kimi qəbul edilən heç nə etməyəcəyinə böyük ümidlər bəsləyirəm. İnanın ki, təxribatlara ehtiyac yoxdur, daha çox qütbləşməyə ehtiyac yoxdur. Gürcüstana sülh, sabitlik, islahatlar lazımdır”, – dyə Avropa Parlamentinin deputatı “İmedi” teleşirikətinə bildirib.