Marina Kaliurand -olduqca vacib vəzifələri yerinə yetirməyə davam etməsi üçün Gürcüstanda yeni ombudsmanın şəffaf və sürətlə təsdiqlənəcəyinə ümid edirəm
Bu gün Nino Lomjarianın Gürcüstanın ombudsmanı kimi fəaliyyətinin son günüdür, olduqca vacib vəzifələri yerinə yetirməyə davam etməsi üçün Gürcüstanda yeni ombudsmanın şəffaf və sürətlə təsdiqlənəcəyinə ümid edirəm -bu barədə avropalı parlamentari Marina Kaliurand “Twitter”də yazır.
Kaliurand Nino Lomjariaya gördüyü işlərə görə təşəkkür edib.
“Xanım Lomjariaya maksimal fədakar fəaliyyətinə və insanların hüquqlarını qorumaq, yaxşı idarəçiliyi təşviq etmək və Gürcüstanda qanunun aliliyini gücləndirmək üçün səylərini əsirgəmədiyinə görə təşəkkür etmək istərdim. Ombudsmanın Gürcüstanda olduqca vacib vəzifələrini yerinə yetirməyə davam etməsi üçün növbəti ombudsmanın şəffaf və sürətlə, bütün maraqlı tərəflərlə, o cümlədən vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində təsdiqlənəcəyinə ümid edirəm” -deyə Kaliurand yazır.