Marina Kaliurand - Gürcüstan və Moldovanın ayrılmasını görmək istəmirəm, mövqeyim belədir- Ukraynaya qeyd-şərtsiz xüsusi status, Gürcüstan və Moldovaya şərtlərlə namizəd statusu
Gürcüstan və Moldovanın ayrılmasını görmək istəmirəm, mövqeyim belədir- Ukraynaya qeyd-şərtsiz xüsusi status, Gürcüstan və Moldovaya şərtlərlə namizəd statusu – bu barədə avropalı parlamentari Marina Kaliurand bildirib.
Marina Kaliurandın da qeyd etdiyi kimi, namizəd statusunun Ukraynadakı müharibə səbəbindən müzakirə edildiyi üçün Ukraynanın xüsusi yanaşmaya ehtiyacı var.
“Bizim komissiyanın təklifini dəstəkləyən qətnamə layihəmiz var. Şuranın qərarına gəlincə, şura siyasi qurumdur, komissiyadır. Təbii ki, onun öz arqumentlərinə əsaslanan qiymətləndirməsi var, lakin fikrimcə şura digər siyasi aspektləri , məsələn, geosiyasi aspekti də nəzərə alacaq. Mənim şəxsi mövqeyim belədir ki, namizəd statusunun Ukraynadakı müharibə səbəbindən müzakirə edildiyi üçün Ukraynanın xüsusi yanaşmaya ehtiyacı var. Ukraynanın çox güclü siyasi mesaja, heç bir sual olmadan namizəd statusuna ehtiyacı var.
Onlar bunu üç ay əvvəl almalı idilər və mən təəssüf edirəm ki, bu belə olmadı, lakin Gürcüstan və Moldova üçün hesab edirəm ki, hər iki ölkəyə bərabər yanaşmaq ədalətli olardı, hər ikisinə şərtlərlə namizəd statusu verməliyik. İndi bildiyim odur ki, şurada Ukraynaya 100 faiz namizəd statusu verilməsi də qərarlaşdırılmayıb. Bütün liderlərin bunu dəstəkləyib-dəstəkləmədiyini bilmirik. Viktor Orbanın nə edəcəyini bilmirik. Sonra Gürcüstan və Moldova gəlir. Nə olacağını söyləməkdə çətinlik çəkirəm, bircə onu deyə bilərəm ki, müzakirə kifayət qədər gərgin olacaq. Mən Gürcüstan və Moldovanın ayrılmasını görmək istəmirəm. Mövqeyim belədir- Ukraynaya qeyd-şərtsiz xüsusi status, Gürcüstan və Moldovaya şərtlərlə namizəd statusu”, -deyə Kaliurand bildirib.