Marina Kaliurand – “Gürcü arzusu”nun Avropa yolunu şübhə altına almaması çox xoş və inandırıcı idi
“Gürcü arzusunun Avropa yolunu şübhə altına almaması çox xoş və inandırıcı idi”, – Avropa Parlamentinin deputatı Marina Kaliurand Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdən sonra bildirib.
Kalurand qeyd edib ki, seçkidən sonra ölkənin normal siyasi həyata qayıtması vacibdir.
“Biz gürcü deputatları ilə Gürcüstanın Avropa yolunu müzakirə etdik. “Gürcü arzusu”nun Avropa yolunu şübhə altına almaması çox xoş və inandırıcı idi. Üstəlik, islahatlar yolu ilə Gürcüstanın Aİ-yə yaxınlaşması üçün çoxlu işlər görülür. Sizə əvvəl dediyim kimi, seçkilər başa çatıb və indi ölkədə normal siyasi həyata, normal işə qayıtmaq vaxtıdır. Mən Gürcüstan parlamentinin mükəmməl işini nəzərdə tuturam”, – ddeyə Avropa Parlamentinin deputatı “İmedi” teleşirkətinə bildirib.
Marina Kaliurandın fikrincə, indi parlament və plenar iclasları boykot etməyin vaxtı deyil.
“Bizim məsləhətimiz odur ki, “Gürcü arzusu” əməkdaşlığa hazır olan bütün müxalifət partiyaları ilə işləsin. Dialoq vacibdir. İndi Gürcüstan üçün vacib məsələləri müzakirə etmək vaxtıdır. Bu, Avropa və Avropaya inteqrasiya gündəliyi, iqtisadiyyat, sosial məsələlər, pandemiya, koronavirusun yaratdığı çoxsaylı problemlərdir” dedi Marina Kaliurand.