Marina Kaliurand - əsas məsuliyyət hökumətin üzərinə düşür, çünki onlar hakimiyyətdədirlər, lakin əməkdaşlıq üçün parlamentdə real istək olmasa, möcüzələr yarada bilməz
Təbii ki, əsas məsuliyyət hökumətin, hakim partiyanın üzərinə düşür, çünki onlar hakimiyyətdədirlər və daha çox məsuliyyət daşıyırlar, lakin əməkdaşlıq üçün parlamentdə real istək və əhval-ruhiyyə olmasa, hakim partiya möcüzələr yarada bilməz- bu barədə avropalı parlamentari Marina Kaliurand bildirib.
Marina Kaliurandın da qeyd etdiyi üzrə, müxalifətin vaxtında parlamentdə daxil olmaması və sonra Şarl Mişel sazişini imzalamaması təəssüf doğurur.
“100 gün sonra bunu etmək çox gec idi. Bütün bunların baş verməsinə və onların Gürcüstanın Avropa aspirasiyasına mane törətdiklərinə görə həqiqətən çox məyusam. Bir daha deyirəm, əsas məsuliyyət hakim komandanın üzərinə düşür, lakin müxalifət də güzgüyə baxıb konstruktiv əməkdaşlığa başlamalıdır. Xalq parlamentin hər bir üzvündən bunu gözləyir. De-oliqarxizasiya qeydinə gəlincə, burada yenidən birinci bəndə qayıtmalıyıq. Qütbləşməni dayandırın, birləşin, Gürcüstanın gələcəyini müzakirə edin, xalqınızın mənafeyini partiya maraqlarından üstün tutun, əməkdaşlığa başlayın. Bir-birinizi günahlandırmaqla Gürcüstan daha yaxşı, zəngin və gürcü xalqı xoşbəxt olmur. Bir-birinizi günahlandırmaqla ittihamın müəllifləri daha güclü və yaxşı olmurlar. Ümid edirəm ki, gürcü siyasətçilər bunu başa düşəcəklər və dekabrda qiymətləndirmələri daha yaxşı hazırlıqlı qarşılamaq üçün səylərini əsirgəməyəcəklər” -deyə Kaliurand bildirib.