Marin Le Pen, Fransanın seçkiləri ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını müdaxilə forması hesab edir
Marin Le Pen, Fransanın seçkiləri ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatını müdaxilə forması hesab edir

 
Fransada ifrat sağçı “Milli Birlik” partiyasının parlament qrupunun lideri Marin Le Pen Fransanın seçkiləri ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanata münasibət bildirir.

Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında Fransa xalqının suveren xarici siyasətə can atdığı deyilir.

“Belə nümayişkaranə və təxribat xarakterli “tvit” atdığınız zaman bu, müdaxilənin forması sayıla bilər” – deyə Le Pen bildirib.

Eyni zamanda, Le Pen parlamentdə mütləq çoxluğu qazanacağı təqdirdə Ukraynaya dəstəyi qoruyub saxlayacağını təkrarlayıb və Fransadan bir dənə də olsun fransız əsgərin cəbhə xəttinə göndərilməyəcəyini bir daha xüsusilə qeyd edib.