Marixuananın dekriminalizasiyası - Konstitusiya Məhkəməsinin qərarından sonra nə dəyişiriləcək
Gürcüstanın Konstitusiya Məhkəməsinin Marixuanadan istifadə etmək üçün cinayət məsuliyyətinin ləğv olunması ilə bağlı qərarı, məhkəmənin rəsmi veb-səhifəsində yayılan andan qüvvəyə mindi.
Bu qərarın, marixunadan istifadə etdiyi üçün məsuliyyətə cəlb olunan bütün şəxslərə aidiyyatı var.
Marixunadan istifadə etməyin dekriminalizasiyası, onun leqalizasiyası demək deyil
Cinayət məcəlləsinə əsasən, marixuanadan istifadə üçün cəzanın olmaması, marixuananın leqalizasiyası anlamına gəlmir, çünki bu məsələ adinistrativ hüquq pozuntuları məcəlləsinə daxil edilib.
Marixuanaya görə məsuliyyətə cəlb olunan şəxslərin, keçmişdə məsuliyyətə cəlb olunmaları haqqında qeydiyyatı ləğv etmək olar mı?
Konstitusiya Məhkəməsinin qərarı əsasında, hüquqşünasların dediklərinə görə, şəxsin marixuanadan istifadə etdiyinə görə, məsuliyyətə cəlb olunduğu haqqında qeydiyyat ləğv edilə bilər, ancaq bu avtomatik rejimdə olmur və şəxs Tbilisi və yaxud Kutaisi apellyasiya məhkəməsinə müraciət etməlidir.
Marixuanadan istifadə faktı narkoloji arayışa daxil olacaq ya yox?
Dövlət işinə narkoloji arayışın təqdim edilməsi yenədə qüvvədə olacaq. Marixuananın dekriminalizasiyasının, dövlət işinə düzəlmək üçün narkoloji arayışın təqdim edilməsinə aidiyyatı olmayacaq, yəni narkoloji yoxlanış arayışında, şəxsin marixuanadan istifadəsi üçün məsuliyyətə cəlb olunduğu qeyd ediləcək.
Bu qərar sadəcə marixuana çəkənlərə aiddir
Konstitusiya məhkəməsinin bugün verdiyi qərarın marixuanayı alıb-satanlara aidiyyatı yoxdur. 70 qrama qədər quru və 100 qrama qədər mayəni şəxsi istifadə məqsədi ilə almaq həbs cəzası ilə deyil, ancaq digər sanksiyalarla cəzalandılıması yenə qanunla qüvvədə qalır. Narkotik maddələrin satılmasına gəlincə isə, məhkəmənin heç bir qərarınn qeyd olunan hallarla əlaqəsi yoxdur.
Konstitusiya məhkəməsinin verdiyi qərardan sonra parlamentin rolu nə olacaq?
Marixuanın istifadəsi üçün cinayət məsuliyyətinin aradan qaldırılması, parlament tərəfindən yeni inzibati hüquq pozuntuları məcəlləsinin yaradılmasına səbəb ola bilər.
Böyük ehtimala görə, parlamentdə yeni qanunun yaradılması zərurəti yaradıla bilər.
Xatırladaq ki, Konstitusiya məhkəməsi marixuananın istifadəsi üçün cinayət məsuliyyətini aradan qaldırdı.