Mariana Çoloianinin vəkili - Həbs edilən müstəntiq ittihamları qəbul etmir
Mariana Çoloianinin vəkili - Həbs edilən müstəntiq ittihamları qəbul etmir

Didube-Çuğureti polis departamentinin müstəntiqi Marina Çoloianinin vəkili Teona Qvazava bəyan edir ki, müstəntiq ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Onun dediyinə görə, Çoloianiyə qarşı rəsmi ittiham irəli sürülməyib.

“Günün sonuna qədər işlə bağlı materiallar bizə veriləcək və detallı məlumat verə biləcəyik” – dedi vəkil.

İttiham edilən müstəntiqin mövqeyinə gəlincə isə, Mariana Çoloiani bəyan edir ki, 15 yaşlı yeniyetməyə hərhansı bir təzyiq etməyib və ondan xuliqanlıq etməsi ilə bağlı etiraf tələb etməyib.

Polis tərəfindən sorğulandıqdan sonra, suiqəst edən yeniyetmə dünən xəstəxanada həyatını itirdi.

Hadisə dekabrın 12-də Diğomi massivində baş verdi.

Dekabrın 12-də, “Yaşıl məktəbdə” yeniyetmələr arasında baş verən insindetlə bağlı 15 yaşlı Luka Siradze sorğulanmaq üçün polis departamentinə aparılmışdı. Onun vəkilinin dediyinə görə, yeniyetməyə polis tərəfindən psixoloji təzyiq edilib və ona görə suiqəst edib.

Ölən uşağın yaxınları bəyan edirlər ki, polislər ondan xuliqanlıq etdiyini etiraf etməsini tələb edirdilər.

Yeni yetməyə polis tərəfindən edilən təzyiqlə bağlı istintaq aparılır.